- Xəbər news
- 22:34 14.11.2024
Tottenham-ın qolkiperi Uqo Loris klubun Harri Keynin yoxluğunda da yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu deyib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, qapıçı əsas məqsədin ilk “4-lükdə” yer almaq olduğunu deyib. “Bilirəm ki, Keyn klub üçün önəmli futbolçudur. Liderdir. Amma Tottenham təkcə Keyndən ibarət deyil. Futbol komanda oyunudur. Hər bir futbolçu komanda üçün oynayır. İstənilən klubda vacib oyunçular var. Əsas olan isə komandadır. Keynin yoxluğunda qismən çətin ola bilər. Bütün hallarda Tottenham mübarizədən çəkinmir. Kiminsə bir müddət kənarda qalması klubun məhvi deyil. Məqsədimiz ilk “4-lükdə” olmaqdır. Əminəm ki, bunu bacaracağıq”,-qolkiper vurğulayıb.
Xatırladaq ki, Hari Keyn Manchester United-lə ev matçında (0:1) zədələnib. Hücumçunun 1 ay kənarda qalacağı deyilir.
22 turdan sonra Tottenham turnir cədvəlində üçüncüdür. Yalnız Liverpool və Manchester City-dən geri qalır.