6 dekabr 2025. Şənbə

Ronaldo'nun rekordu yeniləndi


Ronaldo'nun rekordu yeniləndi
"Sportinq" klubunun futbolçusu Joelson Fernandes  "Yuventus"da çıxış edən Kristiano Ronaldonun rekordunu yeniləyib. 
 
Corner.az xəbər verir ki, gənc hücumçu buna Portuqaliya çempionatının 29-cu turunda "Jil Visente" ilə matçda nail olub. Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib. 
 
Ronaldo isə "Sportinq"də "İnter"inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb. 
 
Qeyd edək ki, Ronaldo "Sportinq"də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə "Mançester Yunayted"ə keçib






Xəbər news