- Xəbər news
- 22:34 14.11.2024
Çexiya millisinin sabiq futbolçusu Milan Baroş karyerasını başa vurub.
Corner.az Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı futbolçu son zamanlar axill vətəri, xaçabənzər əzələlərindəki problemlərdən əziyyət çəkdiyi üçün lazımi səviyyədə oynaya bilmirdi.
"Karyeramı davam etdirmək istərdim, amma bədənim dayanmağımı əmr edirdi. Kifayət qədər müddətdir ki, sağlıq durumumdakı problemlərdən əziyyət çəkirəm. Daha bədənim adi qaydada olduğu kimi çalışmır" deyə o, mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, Milan Baroş karyerası ərzində Çexiyanın "Banik", Mlada Boleslav" və "Slovan Liberets", İngiltərənin "Liverpul", "Aston Villa" və "Portsmut", Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Fransanın "Lion" komandalarının formasını geyinib