- Xəbər news
- 22:34 14.11.2024
Estoniya Kubokunda final oyunu keçirilib.
Corner.az-8n məlumatına görə, həlledici görüşdə "Flora" və "Narva Trans" komandaları üz-üzə gəlib. Tallindəki "A. Le Kok Arena"da təşkil olunmuş qarşılaşma "Flora"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
"Narva Trans"ın qolunu vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub. Azərbaycanlı futbolçu Nurlan Novruzov isə meydana 70-ci dəqiqədə daxil olub və 86-cı dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Flora" tarixində 8-ci dəfə Estoniya Kubokuna sahib olub.