31 yanvar 2026. Şənbə

“Ronaldo heç kimi zorlamayıb”- Juventus-un kapitanı


“Ronaldo heç kimi zorlamayıb”- Juventus-un kapitanı

Juventus-un kapitanı Corco Kellini zorlamada ittiham olunan komanda yoldaşı Kriştiano Ronaldonu müdafiə edib.

Corner.az Goal.az-a istinaden  xəbər verir ki, kapitan bu hadisəyə inanmadığını deyib. “Ronaldo əla futbolçudur. Başqa klublarda çıxış etdiyi zaman dəfələrlə Juventus-un qapısına qol vurub. Kardifdə, Madriddə və Turində mənim arzularımı dəfələrlə yarımçıq qoyub. Çempionlar Liqası Yuventus-un arzusu idi. Ronaldonun gəlişindən sonra məqsədə çevrildi. Kriştian dünyanın ən yaxşı futbolçusudur. Onun hansısa bir qızı zorladığını deyirlər. Mən lap əvvəldən buna inanmırdınm. Belə bir şey olmayıb. Soyunub-geyinmə otağında biz bu barədə heç vaxt danışmırıq. Ronaldo yalnız futbol barədə düşünür”, - Kellini deyib







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO