Ajax-ın yarımmüdafiəçisi Frenki de Yonq seçimini edib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu PSG-ni Barcelona-dan üstün tutub. Bunun isə bir neçə səbəbinin olduğu bildirilir. İlk növbədə PSG-nin həm futbolçunun özünə, həm də klubuna yüksək məvacib təklif etməsi 22 yaşlı orta sahə oyunçusunun qərarına təsir edib. Həmçinin Barcelona-nın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğu de Yonqu narahat edir. O, Adrien Rabyonun da keçidindən sonra Kataloniya klubunda əsas heyətə düşməkdə çətinlik çəkəcəyini düşünür. Bu səbəbdən Hollandiya millisinin üzvü PSG ilə anlaşmağa çox yaxındır.
Qeyd edək ki, Frenki de Yonq 2016-cı ildən Ajax-ın formasını geyinir.