2 fevral 2026. Bazar ertəsi

Millimizin futbolçusu ABŞ çempionatında fərqləndi


Millimizin futbolçusu ABŞ çempionatında fərqləndi

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında III turun matçına çıxıb. 

Corner.az-ın məlumatına görə, Rik Şantsın baş məşqçi olduğu komanda səfərdə "Oranj Kaunti"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yükunlaşıb. 

29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib. 

"Finiks Rayzinq" bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb. 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO