28 oktyabr 2024. Bazar ertəsi

Paşayevin komandasından heç-heçə


Paşayevin komandasından heç-heçə
Ukrayna Premyer Liqasında 32-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv mövsümün əsas hissəsinin son turunda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Aleksandriya” mövsümün əsas hissəsini 32 oyuna topladığı 51 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə başa vurub. 






Xəbər news