28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanlı futbolçu Gürcüstanda rəmzi 11-likdə + FOTO


Azərbaycanlı futbolçu Gürcüstanda rəmzi 11-likdə + FOTO

Gürcüstanın "Samtredia" klubunda çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov 6-cı turun rəmzi heyətində yer alıb.

Corner.az xəbər verir ki, "live.ge" nəşri 28 yaşlı yarımmüdafiəçini "11-liy"ə hücumçu kimi daxil edib. Nicat bu turda "Merani" ilə görüşün 54-cü dəqiqəsində penaltidən fərqlənərək  komandasına qələbə qazandırıb - 2:1.

 Xatırladaq ki, Qurbanov vurduğu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini bildirib.

"Samtredia" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.



 







Xəbər news