25 mart 2026. Çərşənbə

Traktor büdrədi, Maşınsazi uduzdu


Traktor büdrədi, Maşınsazi uduzdu
İran çempionatında 26-cı turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
 
“Maşinsazi” öz meydanında “Qohar”la qarşılaşıb və məğlub olub – 1:2.
 
Təbrizin digər təmsilçisi “Traktor” isə səfərdə “Xodru”nun qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib - 0:0.
 
“Traktor” hazırda 45 xalla 16 kollektiv arasında 3-cü, “Maşinsazi” isə 27 xalla 10-cu pillədə qərarlaşıb.






Xəbər news