29 noyabr 2024. Cümə

47 yaşında karyerasını başa vurdu


47 yaşında karyerasını başa vurdu

Misir millisinin sabiq qapıçısı Essam əl-Hadari 47 yaşında karyerasını başa vurub. 

Corner.az-ın məlumatına görə, bu barədə təcrübəli qolkiperin özü açıqlama verib.

O, futboldan gedişini ikinci həyat yoldaşından ayrılması kimi dəyərləndirib. Bir daha yaşıl meydanlara dönməyəcəyini deyən Əl-Hadarinin fikrincə, bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri isə bir-birilərinə hücum edirlər: "Qoy oyunçulara Allahın özü kömək olsun. Futbol keçmişimə əvəz olunacaq bir şeyim yoxdur. Misirdə məndən yaxşı qapıçı yox idi. Yalnız Nader əl-Sayedin oynamağa başladığı 1998-ci ildən sonra ehtiyat oyunçular skamyasında oturdum". 

Qeyd edək ki, təcrübəli qapıçının son klubu "Noqum" olub. Avropada isə o, 2008/2009 mövsümündə İsveçrə "Syon"unun formasını geyinib. Essam əl-Hadari 7 qat Misir çempionu, ölkə kubokunun 4 qat sahibi, Superkubokun və Afrika Çempionlar Liqasının qalibidir. O, Misir millisinin heyətində 4 dəfə Afrika Millətlər Kubokunu, "Syon"da isə İsveçrə Kubokunu əldə edib. Əl-Hadari 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Səudiyyə Ərəbistanı ilə görüşdə 45 yaş 161 günündə meydana çıxıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir