25 mart 2026. Çərşənbə

Moryentes'in yeni iş yeri


Moryentes'in yeni iş yeri

"Real"ın və İspaniya millisinin sabiq futbolçusu Fernando Moryentesin yeni iş yeri məlum olub.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, o, İtaliyanın "Rasinq Kapri" klubunda texniki direktor vəzifəsinə təyin olunub. 44 yaşlı mütəxəssisin səlahiyyətlərinə perpektivli gənc futbolçuların axtarışı daxil olacaq.

Xatırladaq ki, F.Moryentes "Real"la yanaşı "Monako", "Liverpul", "Valensiya", "Marsel" kimi komandalarda da çıxış edib. O, 2012-2014-cü illərdə "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb.







Xəbər news