Bir neçə ay əvvəl koronavirusa qalib gələn Maruan Fellaini Çin Super Liqasında çıxdığı ilk oyunda 3 qol vurub.
Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Şandun Lunen” klubu ilk turda səfərdə “Dalyan”ın qonağı olub.
Görüş “Şandun Lunen”in 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.
Qeyd edək ki, belçikalı futbolçu mayda koronavirusa yoluxmuş və daha sonra sağalmışdı.