28 oktyabr 2024. Bazar ertəsi

Almaniyalı futbolçu karyerasını başa vurdu


Almaniyalı futbolçu karyerasını başa vurdu

Almaniya millisinin sabiq futbolçusu Benedikt Hövedes peşəkar karyerasını bitirib.

Corner.az-ın məlumatına görə, bu barədə 32 yaşlı müdafiəçi "Spiegel" nəşrinə müsahibəsində deyib.

Yerli klublardan və ölkə xaricindən təkliflər aldığını bildirən təcrübəli oyunçu pulun onun üçün önəm daşımadığını söyləyib: "Başqalarının verəcəyi qərarlardan asılı olmaq istəmədim və belə bir qərar verdim. Pulun mənim üçün əhəmiyyəti yoxdur. Bahalı maşınlar və saatlar həyat tərzimə uyğun gəlmir. Mən kifayət qədər qazanmışam".

Qeyd edək ki, ölkəsində "Şalke", İtaliyada "Yuventus"un formasını geyinmiş Hövedes son olaraq Rusiya "Lokomotiv"ində (Moskva) çıxış edib(report)







Xəbər news