28 oktyabr 2024. Bazar ertəsi

Rüfət Dadaşovdan növbəti qol


Rüfət Dadaşovdan növbəti qol

ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Matç "Finiks Rayzinq"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət oyuna start heyətdə daxil olub, 82-ci dəqiqəyədək mübarizə aparıb. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Dadaşov bundan əlavə 1 qolun vurulmasında da iştirak edib.

Bu, futbolçumuzun mövsümdəki 4-cü qolu olub.

Qeyd edək ki, "Finiks" hazırda 10 xalla B qrupunda 2-cidir.







Xəbər news