- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi yığmasına düşüb.
Corner.az-ın məlumatına görə, 6-cı turun "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı hücumçu ən yaxşı "11-lik"də yer alıb.
Dadaşovla yanaşı, komanda yoldaşı qapıçı Erik Dik də fərqləndirilib.
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında 2-ci pillədədir.