28 oktyabr 2024. Bazar ertəsi

Esyenin sərvəti açıqlandı


Esyenin sərvəti açıqlandı

Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.

Corner.az "Pulse.com.gh" nəşrinə istinadən xəbər verir ki,  "Səbail"dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.

32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.

İlk 2 pillədə isə Samuel Etoo və Didye Droqba qərarlaşıb.

Qeyd edək ki, 2019-cu ilin martındandan cari mövsümün sonunadək "Səbail"in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin "Çelsi" komandasında çıxış edərkən toplayıb.(report)







Xəbər news