2 fevral 2026. Bazar ertəsi

Messi anti-koronavirus döşəyi istifadə edir


Messi anti-koronavirus döşəyi istifadə edir

"Barselona"nın kapitanı Lionel Messi koronavirusdan qorunmaq üçün fərqli üsula əl atıb.

Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı hücumçu anti-koronavirus döşəyində yatır. Belə ki, bu döşəklərin üzəri virusu məhv edən nanohissəciklər yerləşdirilmiş parça ilə örtülüb. Nəticədə hər hansı bir virus 4 saat ərzində məhv edilir. Bu vasitənin koronavirusdan qoruma dərəcəsi 99.84 faiz kimi qiymətləndirilir.

Bundan əlavə döşəklər modelindən asılı olaraq müxtəlif funksiyalara- ayaq masajı və s. xüsusiyyətlərə  malikdir.

Xəbərdə o da qeyd edilib ki, Messi döşəklərdən məmnun olduğu üçün onu evlərinin bütün otaqlarına quraşdırıb.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO