28 oktyabr 2024. Bazar ertəsi

Dadaşov ABŞ-da növbəti qolunu vurdu


Dadaşov ABŞ-da növbəti qolunu vurdu

ABŞ-ın birinci liqasında (USL) 6-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "Nyu Meksiko" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Rüfət oyuna start heyətdə daxil olub və 69-cu dəqiqədə əvəzlənib. O, 22-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Bu, Dadaşovun mövsümdəki 5-ci qolu olub.

Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 13 xalla B qrupunda 1-cidir.







Xəbər news