28 oktyabr 2024. Bazar ertəsi

İbrahimoviç mövsümün ən yaxşı transferlərindən hesab olundu


İbrahimoviç mövsümün ən yaxşı transferlərindən hesab olundu

"Top-5" liqalarda mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komanda açıqlanıb. 

Corner.az xəbər verir ki, məşhur "Whoscored" statistika portalının versiyasına əsasən, "11-lik"də İtaliyanın "Milan" klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb. 

"Borussiya Dortmund"da çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb. 

Qeyd edək ki, 2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib. 







Xəbər news