- Xəbər news
- 01:00 22.01.2026
Juventus'un hücumçusu Cristiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.
Corner.az xəbər verir ki, vergidən yayınmaqda günahlandırılan portuqaliyalı futbolçunu həbs cəzası gözləyir. Bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldo'nun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.“Real Madrid”in digər sabiq üzvü, hazırda “kral klubu”nun gənclər komandasında məşqçi işləyən Xabi Alonso da vergidən yayınmaqda ittiham olunur. İspaniyalı veteran futbolçunu isə 5 illik həbs cəzası və 4 milyon avro cərimə gözlədiyi bildirilir.
Qeyd edək ki, Ronaldo və Alonso'nun məhkəməsi yanvarın 22-də Madrid şəhərində olacaq.(qol.az)