- Xəbər news
- 21:58 14.03.2026
İsveçrə millisinin və Yuventus'un sabiq futbolçusu Stefan Lixtştayner karyerasını başa vurub.
Corner.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi "Twitter" hesabı məlumat yayıb. Keçmiş müdafiəçi 36 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Stefan Lixtştayner "Yuventus" və "Arsenal" klubunun formasını geyinib. Son olaraq "Auqsburq"da çıxış edən futbolçu 108 dəfə İsveçrə millisinin formasını geyinib.