- Xəbər news
- 21:58 14.03.2026
Portuqaliya Sequndasında 18-ci turun oyunları keçirilir.
Corner.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" səfərdə "Portu"nun 2-ci komandasının qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Dadaşov görüşün 73-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Eştoril" 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.(qol.az)