7 dekabr 2025. Bazar günü

Robben geri qayıtdı


Robben geri qayıtdı

“Qroningen”in (Niderland) yetirməsi olan Aryen Robben bu komandaya qayıtdıqdan sonra ilk dəfə oyuna çıxıb.

Corner.az-ın xəbərinə görə, 36 yaşlı futbolçu “Almere Siti” ilə yoxlama matçında kapitan kimi iştirak edib. 30-cu dəqiqədə niderlandlı futbolçunu Ramon Paskal Lyündkvist əvəzləyib və sonra komandasının yeganə qolunu vurub. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Robben 1999-2002-ci illərdə də hazırkı komandasında oynayıb.








Xəbər news