- Xəbər news
- 22:34 14.11.2024
"Futbolun çətin anlarda azarkeşlər olmadan davam edə biləcəyini göstərmək vacib olsa da, oyun bəzi xarakterlərini itirdi".
Corner.az-ın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında avrokubok matçlarının azarkeşsiz keçirilməsi barədə danışarkən deyib.
Sloveniyalı funksioner bildirib ki, fanatların stadionlara qayıdışına şahid olmaq üçün Superkubok uğrunda Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq matçdan pilot layihə kimi istifadə olunacaq: "Biz oyuna gələcək və iştirak edəcək insanların hamısının sağlamlıq tədbirlərini həyata keçirmək üçün Macarıstan Futbol Federasiyası və yerli hökumət ilə sıx işləyirik. İnsanların təhlükəsizliyini riskə atmayacağıq".(report)