Real Madrid'in baş məşqçisi Santiago Solari futbolçu Marcelo'nu “11-lik”dən kənarlaşdırıb.
Corner.az xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda Sevilla-nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.
Marcelo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. Real Madrid hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.(goal.az)