28 oktyabr 2024. Bazar ertəsi

Renat yeni klubunda ilk oyununa çıxdı


Renat yeni klubunda ilk oyununa çıxdı

Millimizin üzvü Renat Dadaşov yeni klubu “Qrasshoppers”də ilk oyununa çıxıb.

Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu Almaniya 3-cü liqa təmsilçisi "Türkgücü Münhen"lə yoxlama oyununda iştirak edib. Görüş İsveçrə klubunun 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Millimizin futbolçusu 64-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, müqavilə ilə "Vulverhempton"a (İngiltərə) məxsus olan Renat növbəti mövsümü icarə əsasında  İsveçrə birinci divizion təmsilçisində keçirəcək.







Xəbər news