- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks "Rayzinq" klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub.
Corner.az-ın məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə "Reno" ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Məğlubiyyətə baxmayaraq, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. "Reno" isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağrılmayıb.