İsveçrə kubokunun qalibi müəyyənləşib.
Corner.az xəbər verir ki, həlledici matçda “Yanq Boyz” və “Bazel” klubları qarşılaşıb.
Üç qolun qeydə alındığı matçda ”Yanq Boyz" əzmkar qələbə qazanaraq kubokun sahibi olub.
“Yanq Boyz” bununla 33 illik həsrətə son qoyub. Belə ki, klub sonuncu dəfə 1987-ci ildə İsveçrə kubokunun qalibi olmuşdu. Bütövlükdə isə sözügedən komanda 7-ci dəfə (1930, 1945, 1953, 1958, 1977, 1987, 2020) belə uğur qazanıb.
İsveçrə çempionatında da qalib olan “Yanq Boyz” mövsümü “qızıl dubl”la başa vurub.