2 fevral 2026. Bazar ertəsi

Klub prezidenti 54 yaşında rəsmi matçda oynadı


Klub prezidenti 54 yaşında rəsmi matçda oynadı

Ukrayna Kubokunun ilk turunda keçirilmiş "Tavriya" - "Real Farma" matçında qeyri-adi hadisə baş verib. 

Corner.az-ın məlumatına görə, nominal qonaqların heyətində klubun prezidenti Nikolay Lixovidov 26 dəqiqə meydanda olub. 

54 yaşlı funksioner yarımmüdafiəçi mövqeyində oynayıb. O, 3 dəfə "Real Farma"nın baş məşqçisi vəzifəsində işləyib. 

Qeyd edək ki, qarşılaşma "Tavriya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. (report)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO