Türkiyə Futbol Federasiyası tərəfindən təşkil edilən “Mercedes-Benz U16 Egey dənizi kuboku”nun finalında Türkiyə və İspaniya milliləri üz-üzə gəlib. Həlledici qarşılaşmada türkiyəli futbolçular ispanları iki cavabsız qolla məğlub edib.
Corner.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla Türkiyə doqquzuncu dəfə “Mercedes-Benz U16 Egey dənizi kuboku”nun qalibi olub.
Türkiyəli futbolçular qələbəni qeyri-adi formada qeyd ediblər. Futbolçuların ritual hərbi rəqsə bənzər davranışları və səsləndirdikləri ifadələr tribunalarda alqışlarla qarşılanıb.
"Oxu.az"