28 oktyabr 2024. Bazar ertəsi

Federer, Ronaldo, Messi ən çox qazanan məşhurlar siyahısında


Federer, Ronaldo, Messi ən çox qazanan məşhurlar siyahısında

"Forbes" jurnalı dünyanın ən çox qazanan məşhur şəxslərin siyahısını hazırlayıb.

Corner.az xəbər verir ki, ilk "10-luq"da 5 idmançı yer alıb. Dünyanın ən zəngin məşhurlarının siyahısına repçi və musiqi prodüseri Kanye Uest başçılıq edir. Onun illik gəliri 170 milyon dollardır. İsveçrə tennisçisi Rocer Federer 106,3 milyon dollarla 2-ci olub. "Yuventus"un hücumçusu Kriştiano Ronaldo (105 milyon dollar) 3-cü, "Barselona"nın kapitanı Lionel Messi (104 milyon dollar) 4-cü  pillədə qərarlaşıb.

5-ci yerdə aktyor və rejissor Tayler Perriyə (97 milyon) məxsusdur. Növbəti yerlərdə PSJ-nin hücumçusu Neymar (95.5 milyon), şoumen Hovard Stern (90 milyon), "Leykers"in lideri, NBA ulduzu Lebron Ceyms (88.2 milyon), aktyor Dueyn Conson (87.5 milyon) qərarlaşıb. İlk 10-luğu ictimai xadim və siyasi şərhçi Raş Limbo (85 milyon) bağlayır.







Xəbər news