28 oktyabr 2024. Bazar ertəsi

Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib


Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib

Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq yığması ilə keçirəcəyi oyunla bağlı maraqlı rəsm çəkib.

Corner.az xəbər verir ki, iordaniyalı rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.Rəsmdə millinin baş məşqçisi C.De Biaz'ini qalanın şahı, futbolçuları isə döyüşçülər kimi təqdim edib.

Momani'nin fantaziyasına görə, Lüksemburq millisi qalaya hücum edən düşmənlərdir. Millimizin üzvləri qalanı müdafiə etməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.







Xəbər news