İspaniyada vergidən yayınmaqda ittiham edilən məşhur portuqaliyalı futbolçu Kristian Ronaldoya 23 ay həbs və 18,7 milyon avro pul cəzası verilib.
Corner.az xəbər verir ki, günahını qəbul edən və prokurorluqla razılaşan Ronaldo iki ildən az müddətə həbs olunduğu üçün həbsxanaya getməyəcək.
Maliyyə və vəkillərin hazırladığı iddianaməyə görə, 2011-2014-ci illər arasında dörd ayrı maliyyə cinayət işləməklə və 5,7 milyon avroluq vergidən yayınmaqda ittiham edilən Ronaldo məhkəməyə sevgilisi Georgina Rodriqez ilə birlikdə gedib. Cütlük təxminən 1 saat məhkəmədə qalıb. Portuqaliyalı futbolçu məhkəmədən çıxarkən jurnalistlərin suallarını cavabsız qoyub.
Daha sonra onlar İtaliyaya dönmək üçün xüsusi bir avtomobil ilə hava limanına yollanıblar.
"Open.az"