28 oktyabr 2024. Bazar ertəsi

Dadaşov ABŞ-da növbəti qolunu vurdu - VİDEO


Dadaşov ABŞ-da növbəti qolunu vurdu - VİDEO
ABŞ USL çempionatında 11-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadadaşovun çıxış etdiyi “Finiks Rayzinq” “Las-Veqas Layt”la üz-üzə və 2:0 hesabı ilə qələbə qazanıb.

Start heyətdə meydanda çıxan futbolçumuz sonadək mübarizə aparıb. O, 90+5-ci dəqiqədə fərqlənib. Bununla da R.Dadadaşov mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.

Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 23 xalla B qrupunda liderdir.
 





Xəbər news