28 oktyabr 2024. Bazar ertəsi

Ronaldodan evlilik təklifi


Ronaldodan evlilik təklifi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corciana Rodriqesə evlilik təklifi edib.

Corner.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldonun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Portuqaliyalı futbolçu daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Qeyd edək ki, K.Ronaldonun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır.







Xəbər news