- Xəbər news
- 22:34 14.11.2024
Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu, məşhur sprinter Usain Bolt futbolçu karyerasını başa vurub.
Corner.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandası ilə yoxlama oyununda qollar vuran Bolt peşəkar müqavilə imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib: "Bu, yaxşı təcrübə idi. Mən həqiqətən futbol oynamağı xoşlayırdım. Bu, yüngül atletikadan fərqlənirdi".
Qeyd edək ki, ötən ilin avqust ayından bəri komanda ilə məşqlərə çıxan və hazırlıq oyununda iki qol vuran yamaykalı idmançı maliyyə məsələsində Avstraliya təmsilçisi ilə razılaşmadığı üçün noyabrda klubdan ayrılmışdı.(qol.az)