28 oktyabr 2024. Bazar ertəsi

Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu - VİDEO


Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu - VİDEO

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub. 

Corner.az-ın məlumatına görə, "Finiks Rayzinq" klubu öz meydanında "Las-Veqas Layts"ı qəbul edib. Bu görüşdə Dadaşov  dubla imza atıb.

Meydana start heyətdə çıxan 29 yaşlı hücumçu 27-ci dəqiqədə hesabı açıb. Təcrübəli futbolçu 44-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşma "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın matçında uzun müddətdən sonra məhdud sayda azarkeş olub.  

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 







Xəbər news