- Xəbər news
- 22:34 14.11.2024
Baziliyalı sabiq futbolçu Romario Manchester City,nin futbolçusu Gabriel Jesus haqda fikirlərini bildirib.
Corner.az xəbər verir ki, keçmiş hücumçu Braziliya mətbuatına açıqlamasında, Jesusa məsləhətlər verib: “Kifayət qədər cinsi əlaqədə olmalıdır. Boş vaxtlarında sekslə məşğul olsa, oyunlara daha yaxşı köklənər. Jesus öz istedadını və Braziliyanı təmsil etdiyini bilməlidir. Braziliya milli komandası üçün oynamalı, dünya çempionatlarında qol vurmalıdır. Ən əsası da budur.
Dünya çempionatı digər turnirlərdən tamam fərqlidir. DÇ-də oyuna çıxdığı zaman bütün problemlərini yaddan çıxarmalı, mundiala köklənməlidir. Əks təqdirdə, uğur qazanmaq mümkün deyil”.
Karyerası ərzində PSV, Valencia, Barcelona kimi klublarda forma geyinən Romario, 70 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb. Sabiq forvard yığmada 55 qol vurub.(komanda.az)