29 noyabr 2024. Cümə

Futbolçu 13-cü saniyədə əvəzləndi - VİDEO


Futbolçu 13-cü saniyədə əvəzləndi - VİDEO

"Nomme Kalyu"nun futbolçusu Lauri Suup Estoniya Yüksək Liqasında "Levadiya" ilə XXI tur qarşılaşmasının 13-cü saniyəsində əvəzlənib. 

Corner.az-ın məlumatına görə, belə erkən əvəzləmə ölkə çempionatının əsasnaməsi ilə əlaqədar olub. Həmin sənədə əsasən, hər bir klub start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. 16 yaşlı Suup onlardan biri olub. Onun yerinə 22 yaşlı Vladislav Xomutov çıxıb. Bu, 1:2 hesabı ilə uduzan "Nomme "Kalyu"nun heyətində yeganə oyunçu dəyişikliyi olub.  

Qeyd edək ki, "Levadiya" 21 oyundan 41 xalla 3-cü yerdə qərarlaşıb. "Nomme Kalyu" isə 19 görüşdən 38 xalla 4-cüdür. (report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir