- Xəbər news
- 22:34 14.11.2024
Deloitte analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın ən çox gəlir əldə edən klublarının siyahısını dərc edib.
Corner.az-ın qol.az-a istinadən məlumatına görə, siyahının ilk pilləsində 750.9 milyon avro ilə "Real Madrid" qərarlaşıb. "Barcelona" 690.4 milyon avro ilə ikinci olub.Bundan əvvəlki siyahının birincisi "Manchester United" isə bu dəfə (666 milyon avro) üçüncü pillə ilə kifayətlənib.
İlk "12-lik"də aşağıda adları qeyd olunan klublar qərarlaşıb:
1. "Real Madrid" - 750.9 milyon avro
2. "Barcelona" - 690.4 milyon
3. "Manchester United" - 666 milyon
4."Bayern Munich" - 629.2 milyon
5."Manchester City" - 568.4 milyon
6."PSG" - 541.7 milyon
7."Liverpool" - 513.7 milyon
8."Chelsea" - 505.7 milyon
9."Arsenal" - 439.2 milyon
10."Tottenham" - 428.3 milyon
11. "Juventus" - 394.9 milyon
12. "Borussia" (Dortmund") - 317.2 milyon