29 noyabr 2024. Cümə

Bavariya'ya transferi ailəsini dağıtdı


Bavariya'ya transferi ailəsini dağıtdı
 “Real”dan “Everton”a transfer olunan kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriqesin keçmiş həyat yoldaşı Daniela Ospina boşanmalarının səbəbini açıqlayıb.
 
Corner.az xəbər verir ki,  “Napoli”də çıxış edən məşhur qapıçı David Ospinanın bacısı olan Daniela, ayrılmaqlarına səbəb olan əsas məqamlardan birinin Xamesin “Bavariya”ya keçməsini etiraf edib:
 
“Mən Almaniyaya getmək istəmirdim. Çünki Kolumbiya və İspaniyada biznes karyeramı davam etdirməkdə maraqlı idim. Xames Rodriqes isə əksinə, karyerasında dəyişiklik etmək üçün “Bavariya”ya getmək istəyində israrlı oldu”.
 
Qeyd edək ki, Xames 2017-ci ildə “Bavariya”ya iki illik icarəyə verilmişdi. Altı il idi evli olan cütlük məhz həmin vaxt ayrılmağa qərar vermişdi. Xames ailə quranda 19, Daniela isə 18 yaşında olub. Onların bu evlilikdən bir qızı var.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir