- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin 7-ci liqasında mübarizə aparan “Vingeyt Finçley” klubu yaşıl meydanlarda bir ilkə imza atıb.
Corner.az xəbər verir ki, 7-ci liqa klubu, baş məşqçi vəzifəsinə robot gətirərək, yenilik edib. Klubdan verilən açıqlamada bildirilir ki, süni zəka vasitəsilə ən yaxşı komandanı yaratmaq üçün bəzi oyunlarda süni intellektdən istifadə ediləcək.
Robot baş məşqçinin ilk oyunu 9 fevralda həvəskar komandalardan olan “Vitehavk”la keçiriləcək qarşılaşmaya təsadüf edəcək. Süni intellekt vasitəsilə bu oyunun start heyətləri, düzülüşü və taktiki sxemi müəyyənləşdiriləcək.
Komandanın baş məşqçisi Deyv Norman da bu yeniliyə dəstək olaraq, “Futbolun əsası, komandanı idarə edən insan olsa da, robot olsa da, eynidir. Bu sistemin uğurlu olacağına inanıram” deyib.(komanda.az)