2 fevral 2026. Bazar ertəsi

Dadaşov ABŞ-da 11-ci qolunu vurdu


Dadaşov  ABŞ-da 11-ci qolunu vurdu

ABŞ-da USL çempionatında 14-cü turun oyunları keçirilib.

Corner.az-ın xəbərinə görə, millimizin hücumçusu Rüfət Dadaşovun komandası “Finiks Rayzinq” evdə “Oranj Kaunti”ni 1:0 hesabı ilə məğlub edib. Bütün 90 dəqiqəni meydanda olan Dadaşov matçda yeganə qolun müəllifi olub. Bununla da 28 yaşlı futbolçu hazırkı mövsümdə vurduğu qolları sayını 11-ə çatdırıb.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda 29 xalla B qrupunda liderdir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO