31 yanvar 2026. Şənbə

Messi milliyə qayıdır?


Messi milliyə qayıdır?
Barcelona'nın hücumçusu Lionel Messi'nin Argentina millisinə qayıdacağı tarix açıqlanıb.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu mart ayında Venesuela ilə keçiriləcək yoldaşlıq oyununda yenidən yığmanın formasını geyinəcəyi bildirilib. Görüş İspaniyada, Atletico'nun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda olacaq.

Qeyd edək ki, Messi sonuncu dəfə ötən ilin yayında Rusiyada keçirilən dünya çempionatının 1/8 finalının Fransa ilə oyununda Argentina millisinin formasını geyinmişdi.(qol.az)





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO