29 noyabr 2024. Cümə

Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu


Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu
Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Selçuk Şahin karyerasını başa vurub.
 
Corner.az xəbər verir ki, ötən mövsümü “Bursaspor”da keçirmiş futbolçu 39 yaşında yaşıl meydanlardan ayrılmağa qərar verib.
 
O, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb. Selçuk 22 illik karyerasına “Hatayspor”da başlayıb. Ardından “İstanbulspor”da da forma geyinən yarımmüdafiəçi 2003-cü ildə “Fənərbaxça”ya keçib. Türkiyə millisində 25 oyuna çıxmış təcrübəli futbolçu İstanbul təmsilçisində 2015-ci ilə qədər forma geyinib, 300-dən çox oyuna çıxıb. O, son illərdə “Vil” (İsveçrə), “Gənclərbirliyi”, “Göztəpə” və “Bursaspor”da çıxış edib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir