7 dekabr 2025. Bazar günü

Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli itki verib


Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli itki verib

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Corner.az xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib", nazirlikdən bildirilib. 







Xəbər news