- Xəbər news
- 22:34 14.11.2024
Türkiyənin 3-cü Liqasında çıxış edən "Kırıkkale Böyük Anadolu" klubunun futbolçuları və texniki heyəti Azərbaycana dəstək olublar.
Corner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Hasan Basri Kara ilə oyunçular hazırlıqdan əvvəl Azərbaycan və Türkiyə bayraqları açıblar.
Klubun prezidenti Veli Uca jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayanlar onun qardaşlarıdır. "Hazırda Azərbaycanın işğalda olan torpaqları var. Oradakı qardaşlarımız ermənilərlə müharibədədir. Biz də hər platformada Azərbaycana dəstək oluruq. İdman da bunlardan biridir. Mənəvi mənada bəlkə dəstək verə bilərik deyə, bu addımı atdıq".
V.Uca Azərbaycanın işğal altında olan torpaqlarda ermənilərə lazımi dərsi verəcəyinə və türkün gücünü bütün dünyaya göstərəcəyinə inam ifadə edib: "Dualarımız hər zaman onlarladır. İnanıram ki, işğaldakı torpaqlar azad ediləcək və yenidən Azərbaycanın olacaq".