28 oktyabr 2024. Bazar ertəsi

Madagizdə erməni əsgərlər arasında atışma olub


Madagizdə erməni əsgərlər arasında atışma olub

"Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib".

Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  

"Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub", - nazirlikdən bildirilib. 







Xəbər news