28 oktyabr 2024. Bazar ertəsi

Onlar suriyalı muzdlular deyil, Bayraqdardır, Harop'lardır - FOTO


Onlar suriyalı muzdlular deyil, Bayraqdardır, Harop'lardır - FOTO

"Qarabağ" klubu rəsmi "Facebook" səhifəsində paylaşım edib. 

Corner.az-ın məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə oyundan sonra çəkilmiş əcnəbi oyunçuların fotosunun altında bu sözlər yazılıb: "Onlar "suriyalı muzdlular" deyil. Amma "Bayraqdardır", hətta "Harop"lar da ola bilər".

Qeyd edək ki, "Qarabağ" "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb. 









Xəbər news